Qloriya Estefan

Qloriya Estefan
Ümumi məlumatlar
Doğum adı Gloria María Milagrosa Fajardo García
Ləqəbi Gloria Estefan
Doğum tarixi 1 sentyabr 1957(1957-09-01)[1][2][…] (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, televiziya aktrisası, kino aktrisası, səsyazma sənətçisi[d], kinorejissor
Fəaliyyət illəri 1977-ci ildən
Janrlar latın-pop[d], pop musiqisi, rəqs musiqisi[d], dans-pop
Musiqi alətləri gitara, zərb alətləri
Səs tembri kontralto[4]
Albom şirkətləri Sony Music[d], Epic Records
Təhsili
Mükafatları Prezidentin "Azadlıq" medalı "Təsviri incəsənətdə xidmətlərə görə" qızıl medalı
gloriaestefan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qloriya Estefan (isp. Gloria María Milagrosa Fajardo García de Estefan; 1 sentyabr 1957[1][2][…], Havana[3]) — Kuba əsilli ABŞ müğənnisi, mahnı müəllifi və aktrisası. Karyerası ərzində 130 milyondan artıq mahnısı satılmış və 5 Qremmi mükafatına layiq görülmüşdür.

Qloriya Havanada dünyaya gəlmiş, lakin Kuba inqilabından dərhal sonra, 16 aylığında ailəsi ilə Mayamiyə köçmüşdür. 1975-ci ildə "Miami Sound Machine" qrupunda solist kimi çıxış etməyə başlamış və 1976-cı ildə qrupun rəhbəri Emilio Estefanla ailə qurmuşdur.

1984-cü ildən ABŞ-də və Latın Amerikası ölkələrində solo konsertlərlə çıxış etməyə başlamışdır. 1980-ci illərdə onun mahnıları çartlarda yüksək yerlərə qalxmış, bir neçə mahnısı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur.

20 mart 1990-cı ildə, onun içində olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində, Qloriyanın onurğa sütunu ciddi zədələnmiş və cərrahiyyə əməliyyatı keçirmişdir. 1991-ci ildə isə avtobioqrafik "Coming Out of the Dark" albomu ilə yenidən hit-paradların zirvəsinə qayıtmışdır.

1994-cü ildə Atlantada XXVI Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış etmişdir.

  1. 1 2 Gloria Estefan // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Gloria M. Estefan // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #119147629 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. https://www.elespectador.com/noticias/un-chat-con/gloria-estefan-todo-llega-tarde-a-mis-oidos/.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy